Gəncədə zəncirvarı qəza olub: Xəsarət alanlar var – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Gəncə qapıların yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan iki “Mercedes-Benz” və VAZ 2107 markalı minik maşınları toqquşub.

Qəzadan sonra avtomobillər yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlar 2002-ci il təvəllüdlü Murad Dadaşov və Mürsəl Nəzərovdur.

Faktla bağlı araşdırma aparılır.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45