AZAL-ın duman səbəbindən geri qayıdan təyyarəsi yenidən Tbilisiyə yola düşüb – YENİLƏNİB

Dostuna göndər xəbərdən agah olsun:

Bakı – Tbilisi hava limanında hava şəraiti yaxşılaşdığı üçün “Azərbaycan Hava Yolları” aviaşirkətinin “J2 8223” nömrəli Bakı-Tbilisi reysinin sərnişinləri yerli vaxtla 12:39-da təyinat məntəqəsinə yola düşüblər.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Xatırladaq ki, bir müddət əvvəl Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarını vermişdi. Buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (qatı duman) idi. Təyyarə yerli vaxtla saat 11:28-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş etmişdi.

12:39

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub.

Təyyarə yerli vaxtla saat 11:28-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45