Gəncə sakini dəm qazından boğularaq ölüb
Gəncədə 31 yaşlı şəxs dəm qazından boğulub.
APA xəbər verir ki, hadisə şəhərin Şota Rustavelli küçəsində baş verib.
Həmin ünvanda yaşayan 1993-cü il təvəllüdlü Vasif Rasim oğlu Verdiyev dəm qazından boğularaq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45