Nəsimi rayonunda avtomobil 34 yaşlı piyadanı vurub
Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Bakıxanov prospektində avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Abbasov Əli Rəşid oğlunu vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45