Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şirvanda vətəndaşları qəbul edib
Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Şirvanda Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edib.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, qəbulda 13 vətəndaş iştirak edib. Onlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı, torpağın təyinatının dəyişdirilməsi və digər məsələlər barədə müraciət ediblər.
Qəbul zamanı qaldırılan bəzi məsələlər həllini tapıb, araşdırılması tələb olunan müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45