Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the wordpress-seo domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in H:\root\home\agah100-001\www\agah\wp-includes\functions.php on line 6114
Azərbaycanda “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlar dəyişib » AGAH.AZ

Azərbaycanda “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlar dəyişib

Dostuna göndər xəbərdən agah olsun:

Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Yenilənmiş “Mühasibat uçotu haqqında” qanuna əsasən, bundan sonra mühasibat uçotu sənədlərində kommersiya sirri ilə yanaşı, dövlət sirri hesab edilən məlumat olduqda, bu məlumatların açıqlanması “Kommersiya sirri haqqında” qanuna uyğun həyata keçiriləcək.

Yenilənmiş “Dövlət sirri haqqında” qanuna əsasən isə bundan sonra dövlət müdafiə sifarişlərinin həcmləri, planları (tapşırıqları), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılması və göndərilməsi (pul və ya natura ifadəsində), onların buraxılışı üzrə mövcud güc və bu gücün artırılması haqqında, göstərilən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanmasını, istehsalını, ixracını, satışını, habelə onların istehsalının, ixracının, satışının təşkilini həyata keçirən müəssisələr və onların maliyyə hesabatları, kooperasiya üzrə əlaqələri haqqında məlumatlar dövlət sirri sayılacaq. İndiyə qədər dövlət müdafiə sifarişlərinin həcmləri, planları (tapşırıqları), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılması və göndərilməsi (pul və ya natura ifadəsində), onların buraxılışı üzrə mövcud güc və bu gücün artırılması haqqında, göstərilən silah, hərbi texnika və digər hərbi məhsulları işləyib hazırlayan və ya istehsal edən müəssisələr, onların kooperasiya üzrə əlaqələri haqqında məlumatlar dövlət sirri sayılırdı.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45