Bakıda 35 yaşlı kişi dəm qazından ölüb
Bakıda 35 yaşlı kişi dəm qazından ölüb.
“Report”un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Elyar Şalikov “Motodrom” adlanan ərazidə nömrəsiz fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45