Avtomobil qiymətlərində bahalaşma dalğası gəlir – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Ötən il Nazirlər Kabinetinin qərarına əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılıb.

Bu qərar 2023-cü ildə avtomobil bazarında buraxılış ili istər köhnə, istərsə də yeni maşınların qiymətində bahalaşmaya səbəb oldu.

Bəs görəsən bu qərar 2024-cü ildə avtomobil bazarına necə təsir edəcək?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bu ildə avtomobil qiymətlərində bahalaşmanın olacağını bildirib.

 

“Biz keçən ilin statistikasına baxsaq, görərik ki, 2023-cü ildə ölkəyə gətirilən 1 ədəd avtomobilin dəyərində də əhəmiyyətli artım müşahidə olunur. Bu o deməkdir ki, zaman keçdikcə daha baha avtomobillər bazara gətirilir və bu da satış qiymətlərini artırır.

Düşünürəm ki, bu il də eyni tendensiya olacaq. Amma burada iki məqam var. Birincisi onsuz da həmişə ənənəvi olaraq yeni avtomobillər daha baha olub və bu bizim üçün sürpriz deyil. Sadəcə artıq bazarda ili daha köhnə və ucuz avtomobillər daha az olacağı üçün məcbur olub nisbətən daha yeni avtomobillərə müraciət olunacaq.

İkincisi isə köhnə avtomobillərin bazara girişi azaldığına görə, onların da qiymətində müəyyən artım müşahidə edilə bilər. Çünki bildiyiniz kimi, ili köhnə avtomobillərin öz müştəriləri olur və mövcud avtomobil parkının köhnəlməsi hesabına təklif formalaşır”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45