Qardaşının iş yoldaşına qarşı dələduzluq edən maşın alverçisinə hökm oxundu

Dostuna göndər xəbərdən agah olsun:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vüsal Kamalovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, Vüsal Kamalov özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq edib. Belə ki, o, 2021-ci ildə iki zərərçəkmişə “Mercedes-Benz”, “Range Rover” və BMW markalı avtomobilləri real dəyərindən ucuz qiymətə satacağına dair yalandan vəd verib. O bu yolla həmin şəxslərdən ümumilikdə 60 000 ABŞ dolları məbləğində pul alıb. Daha sonra təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyib. Məhkəmə istintaqında Vüsal Kamalov ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərib ki, 30 ildir maşın satışı ilə məşğul olur. O söyləyib ki, zərərçəkmiş şəxslərdən birini qardaşının vasitəsilə tanıyıb. Yəni zərərçəkmiş onun qardaşının iş yoldaşı olub. Məhkəmə araşdırması zamanı Vüsal Kamalov ümumilikdə 60 000 ABŞ dolları məbləğində pul vəsaitini zərərçəkmiş şəxslərə ödədiyini, onların arasında barışıq əldə edildiyini və nəticədə zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxış edərək törətdiyi əməldən peşman olduğunu deyərək ona yüngül cəza təyin olunmasını xahiş edib. İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45