Bakıda liftin qırılması zamanı xəsarət alan şəxs: “Müraciətimizə baxılmayıb”
“Altıncı mərtəbədən liftə iki qadın mindi. Ondan sonra lift dayandı”.
Bunu dünən axşam saatlarında Bakıda binanın liftinin qırılması nəticəsində xəsarət alan şəxs “Xəzərxəbər”ə bildirib.
O qeyd edib ki, lift dayanandan sonra qırılma baş verib:
“Ondan sonra şaxtaya düşdük. Hazırda yeriyə bilmirəm. Belimdə, ayaqlarımda əzilmələr var”.
Zərərçəkmiş şəxs bildirib ki, dəfələrlə liftlə bağlı müraciət etsək də, baxılmayıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45