Xankəndidə xeyli silah-sursat aşkarlanıb
Xankəndi şəhəri ərazisində xeyli silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yanvarın 15-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində iki ədəd pulemyot, 19 ədəd avtomat silahı, dörd ədəd tapança, dörd ədəd tüfəng, bir qumbaraatan, 13 ədəd qumbara, 2 792 ədəd müxtəlif çaplı patron, 64 patron darağı və digər sursatlar aşkar olunaraq götürülüb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45