Ağdaş və Göyçay sakinlərindən qanunsuz silahlar götürülüb – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Polis əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Ağdaş və Göyçay Rayon Polis Şöbələrinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı sakinlərdən iki sənədsiz ov tüfəngi aşkarlanaraq götürülüb.

Bu istiqamətdə əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45