Yuxarı Şirvan kanalında qadın meyiti aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonunun Ulaşlı Şıxlı kəndi ərazisindən keçən hissəsində suyun üzündə naməlum qadın meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45