Türkiyədə bir tondan çox narkotik müsadirə edildi, yüzlərlə saxlanılan var – VİDEO
Türkiyənin hüquq-mühafizə orqanları ölkənin 46 vilayətində narkotik istehsalçılarına və satanlara qarşı “Narkogüç-42” adlı əməliyyat keçirib.
Bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya verib.
“Əməliyyat nəticəsində 1 ton 340 kiloqram narkotik maddə müsadirə edilib, narkotik vasitələrin istehsalı və satışında şübhəli bilinən 364 nəfər saxlanılıb”, – deyə Yerlikaya bildirib.
Qeyd edək ki, əməliyyatda 332 komanda, 1375 şəxsi heyət, bir təyyarə və doqquz it iştirak edib.
Mənbə: trthaber
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45