Üzərində bir kiloqramdan çox marixuana aşkarlanan şəxs saxlanılıb

Dostuna göndər xəbərdən agah olsun:

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Mehdiyev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, üzərinə baxış zamanı ondan 1 350 qram marixuana aşkar olunaraq götürülüb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45