Ərdoğan Rəisi ilə telefonla danışıb, terror aktı ilə bağlı başsağlığı verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Ərdoğan Kirmanda baş verən terror aktı ilə bağlı Rəisiyə başsağlığı verib. O, dinc əhalini hədəf alan terror aktını qınayıb, Türkiyənin terrorla mübarizədə İranın yanında olduğunu bildirib, itkilərinə görə İran xalqına səbir diləyib.
Türkiyə lideri İranı terrorla mübarizədə birgə hərəkət etməyə çağırıb.
İranda baş vermis terror aktı və ölkədə elan olunmuş matəm səbəbindən Rəisinin yanvarın 4-də Ankaraya baş tutmalı olan rəsmi səfəri ləğv edilib.
Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda partlayış törədilib. Partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.
(055) 436-46-45