Naxçıvanda yol-nəqliyyat hadisəsində 3 nəfər yaralanıb

Dostuna göndər xəbərdən agah olsun:

Naxçıvan şəhərində üç nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AGAH.AZ yerli bürosu xəbər verir ki, şəhərin mərkəzi küçəsində baş verən hadisədə iki avtomobil toqquşub.

Nəticədə Naxçıvan şəhər sakinləri 1947-ci il təvəllüdlü Süleymanova Tamara Süleyman qızı, 1972-ci il təvəllüdlü Əliyeva Leyla Qərib qızı və 1983-cü il təvəllüdlü Qurbanova Jale Qərib qızı xəsarət alıblar. Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyəti sabitdir.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45