Mağazada keçmiş arvadını bıçaqlayan şəxs hökmdən narazıdır
Şamaxıda keçmiş arvadını öldürməyə cəhddə ittiham olunan Elton Hüseynovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası aprelin 17-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində E.Hüseynov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd edək ki, E.Hüseynov Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunub. Məlumata görə, X.Teymurova həyat yoldaşı ilə münasibətləri pis olduğu üçün bir müddət əvvəl ondan boşanıb. Amma buna baxmayaraq, E.Hüseynov X.Teymurovaya hədə-qorxu gəlməkdə davam edib. Sonuncu dəfə onu izləyərək, Şamaxı rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən mağazada yaxalayıb. E.Hüseynov ətrafdakı şəxslərin müdaxiləsinə baxmayaraq, keçmiş həyat yoldaşı X.Teymurovaya çoxsaylı bıçaq zərbəsi endirib. Keçmiş arvadının öldüyünü düşünən E.Hüseynov hadisə yerindən uzaqlaşıb. Xəstəxanaya çatdırılan X.Teymurovanın həyatını xilas etmək mümkün olub.
(055) 436-46-45