Bakının Elşən Süleymanov küçəsinin bir hissəsi təmir edilir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonu Elşən Süleymanov küçəsinin bir hissəsində təmir işləri aparır.
Bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, təmir işləri küçənin Cəmşid Naxçıvanski küçəsindən Bəhruz Nuriyev küçəsinə qədər olan hissəsində icra olunur. Sözügedən hissənin uzunluğu 660 metr, ortalama eni 13.5 metr təşkil edir.
Aparılan təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, küçəyə yeni asfalt-beton örtüyü döşənib. Hazırda küçəboyu mövcud piyada səkilərinin bərpası işləri aparılır.
Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yeni baxış qapaqlarının, həmçinin yağış barmaqlıqlarının qoyulması da nəzərdə tutulub.
Sonda küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunacaq.
(055) 436-46-45