Dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşları saxlanılıblar – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Dekabrın 25-də saat 20:05-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşları − 2001-ci il təvəllüdlü Ali Səccad Muhammad Amin, 1991-ci il təvəllüdlü Mir Muhammad Xan Nadar və 1995-ci il təvəllüdlü Xan Rabani Muhammad Aşıq saxlanılıblar.

DSX-nin Mətbuat Xidmətindən verilən xəbərə görə, araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45