Kişi onunla mübahisə edən qonşusunu, onun qaynını və qayınanasını baltaladı – MƏHKƏMƏ

Dostuna göndər xəbərdən agah olsun:

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Mahir Səlimovun (soyad şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun əməli Cinayət Məcəlləsinin (CM) xuliqanlıq maddəsindən CM-in qəsdən sağlamlığa yüngül zərər vurma maddəsinə tövsif edilib və Mahir Səlimov 1000 manat cərimə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılıb.

İttihama görə, hadisə 22 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində qeydə alınıb.

Belə ki, Mahir Səlimov evinin qarşısında, yəni evinin damında navalça olmadığına görə yağış sularının həyətinə axdığını ona irad bildirən qonşusu, zərərçəkmiş Saleh Əliyevlə (şərti) mübahisə edib. Sonra o, qonşusuna zor tətbiq edərək, zərərçəkmiş şəxsin sifət nahiyəsinə qəsdən yumruqla bir dəfə vurub. Mahir həmin vaxt ora gələn Salehin qohumları – qayınanası Zəminə Zamanova (şərti) və onun oğlu Dəmir Zamanovun (şərti) da sifət nahiyələrinə qəsdən yumruqla bir dəfə zərbə endirib. Daha sonra o, evindən götürdüyü balta ilə onların üzərinə hücum edərək həmin şəxslərə xəsarət yetirib.

Hadisədən sonra Mahir Səlimov cinayət məsuliyyətinə cəlb edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45