Bakı bulvarında sürücülərin narazılığına səbəb olan problem həll olundu – VİDEO
Bir neçə gün öncə “Baku TV” Dənizkənari bulvar idarəsinin Şıxovdan gələn istiqamətdə qanunsuz qazıntı apardığını işıqlandırmışdı.
İdarənin əməkdaşlarının sözlərinə görə, həmin ərazidə şlaqbaum qoyulacaqdı.
Lakin “Baku TV”-nin çəkilişindən sonra qazıntı işləri dayandırılıb.
Belə ki, idarə əməkdaşları bir neçə gün öncə qazdıqları yeri indi təmir edirlər.
Bu isə orada görülən işlərin qanunsuz olduğunu göstərir.
Ətraflı süjetdə:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45