Nazirlik 37 xəstəxanada monitorinq aparıb, təkliflər hazırlayıb
İlkin mərhələdə özəl və dövlət xəstəxanaları olmaqla 37 tibbi müəssisəsində tibbi tullantıların idarəolunması ilə bağlı monitorinq aparılıb.
Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Milli Məclisdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, toplanan materiallar analiz olunub və təkliflər verilib: “Normativ hüquqi bazanın təkmilləşdirilməsi, bəzi dəyişikliklərin edilməsi zəruridir. Tələblərin yeni redaksiyada və daha müasir formada olması mütləqdir. Çünki əvvəlki tələblər 2007-ci ildə o vaxtın reallıqlarına uyğun idisə, artıq 16 il vaxt keçib, tələblər dəyişib. Yeni yanaşma təsnifatları var. Səhiyyə Nazirliyi bununla bağlı təkliflərini hazırlayıb və qısa zamanda aidiyyəti üzrə təqdim edəcək. Çeşidlənmədə müəyyən problemlər var və bunun da kökündə “necə edilməsi” məlumatsızlığı dayanır”.
Nazir müavini söyləyib ki, bu gün xəstəxanalarda tullantıların zərərsizləşdirilməsi ilə bağlı yeni texnologiyadan istifadə edilməlidir: “Belə olsa, proses 8 dəfə ucuz başa gələcək. Hətta bu azad edilən ərazilərdə qurulan xəstəxanalara da şamil edilə bilər”.
(055) 436-46-45