Şamaxıda azyaşlılar dəm qazından zəhərləniblər

Dostuna göndər xəbərdən agah olsun:

Şamaxıda iki azyaşlı dəm qazından zəhərlənib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Aşıqalı küçəsində qeydə alınıb.

Rayon sakinləri – 2023-cu il təvəllüdlü Zeyid Şəhriyar oğlu Xəlilov və bacısı 2021-ci il təvəllüdlü Xədicə Şəhriyar qızı Xəlilova dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda vəziyyətlərinin stabil olduğu bildirilir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45