Ərdoğanın Macarıstana səfərinin proqramı açıqlanıb

Dostuna göndər xəbərdən agah olsun:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstana səfərinin proqramı açıqlanıb.

Bu barədə diplomatik mənbələrdən bildirilib.

Qeyd olunub ki, o, səfər çərçivəsində Macarıstan Baş naziri Viktor Orbanla görüşəcək.

Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın inkişafını nəzərdə tutan sənədin imzalanması nəzərdə tutulub.

Liderlər xüsusilə iqtisadiyyat, ticarət, müdafiə sənayesi, mədəniyyət və enerji sahələrində əməkdaşlığı diqqətdə saxlayacaqlar.

Səfər çərçivəsində 26 müxtəlif sahəni əhatə edən sənədlər imzalanacaq.

Xatırladaq ki, R. T. Ərdoğan bu gün Macarıstana gedəcək. Onu 8 nazir müşayiət edəcək.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45