Qəzzaya humanitar yardım aparan 300-dən çox təyyarə Misirdədir
Qəzza zolağının əhalisi üçün humanitar yardım aparan 300-dən çox yük təyyarəsi Fələstin anklavında gərginliyin artmasından sonra Misirin Sinay yarımadasının şimalında yerləşən Əl-Ariş şəhərinin hava limanına enib.
Bu barədə Misir Qızıl Aypara Cəmiyyətinin Şimali Sinay əyalətindəki rəhbəri Xalid Zaid məlumat verib.
“Oktyabrın 12-dən indiyədək sektorun sakinlərinə humanitar yardım daşıyan 305 təyyarə Əl-Ariş hava limanına gəlib”, – deyə Zayed bildirib. O əlavə edib ki, anklava çatdırılmaq üçün 8,5 min ton dərman, ərzaq məhsulları, geyim, çadırlar, şəxsi gigiyena vasitələri, o cümlədən onlarla təcili yardım maşını və bir neçə səhra xəstəxanası Sinayın şimalına təyyarə ilə gətirilib.
Mənbə: TASS
(055) 436-46-45