Bakıya palçıqlı yağış yağmasının səbəbləri açıqlanıb
“Son zamanlar Bakıda və bir çox rayonlarda yağan yağış şəffaf deyil, bulanıq olur. Bu, atmosferin çirklənməsi və hava axınlarının əraziyə hansı istiqamətdən daxil olması ilə əlaqədardır”.
Bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya Şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov deyib.
“Yəni hava axınının gəldiyi ərazilərdə güclü külək, toz burulğanları varsa, müəyyən bir sinoptik şəraitdə bu toz yuxarı qalxaraq hava axınları ilə müəyyən marşrut üzrə yağıntılar gözlənilən yerə gəlib çatanda, tozun qatılığından asılı olaraq, palçıqlı və ya bulanıq yağış şəklində özünü göstərir”, – o deyib.
Səid Səfərov qeyd edib ki, hava axınları da istiqamətlərini dəyişdiyinə görə, günün müxtəlif saatlarında palçıqlı və ya bulanıq yağış müşahidə edə bilirik:
“Yağıntı uzun müddət davam edəndə atmosferdəki toz çökür və yağıntıdakı bulanıqlılıq azalır”.
(055) 436-46-45