Müdafiə Nazirliyi: “Növbəti ildə azad edilmiş ərazilərin minalardan təmizlənməsi davam edəcək”

Dostuna göndər xəbərdən agah olsun:

Müdafiə Nazirliyinin dekabrın 9-da keçirilən kollegiya iclasında azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri barədə məruzələr dinlənilib.

Qeyd olunub ki, görülən tədbirlər nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni təminat yollarının çəkilməsi, eləcə də ərazilərin müəyyən hissəsinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər həyata keçirilib.

Bu istiqamətdə görülən işlərin növbəti ildə də davam etdiriləcəyi vurğulanıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45