Azərbaycan Sankt-Peterburqda keçiriləcək IV Avrasiya Qadınlar Forumuna dəvət olunub

Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycan 2024-cü il sentyabrın 18-20-də Sankt-Peterburqda keçiriləcək IV Avrasiya Qadınlar Forumuna dəvət olunub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədrinin birinci müavini Andrey Yatskin Bakıda Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiya Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 20-ci yubiley iclasında çıxışı zamanı məlumat verib.

“Avrasiya Qadınlar Forumu müasir cəmiyyətdə qadınların rolunun müzakirəsi üçün ən böyük nüfuzlu beynəlxalq platformadır. Birinci forum 2015-ci ildə baş tutub və qlobal xarakter daşıyıb. Biz dost Azərbaycanı növbəti, dördüncü foruma dəvət edirik”, – o bildirib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45