Prezident: “Ermənistanda revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti qarantiya lazımdır”
“Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda beynəlxalq forumda səsləndirib.
Dövlətimizin başçısı qeyd edib:
“İstərdik ki, iki ölkə arasında ümumiyyətlə müharibə olmasın, bununla bağlı qarantiya olsun”.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45