Şəhidin həyat yoldaşı: “Səbuhi şəhid olduqdan yeddi gün sonra əkiz qızlarımız dünyaya gəldi” – VİDEO
Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirlərində şəhid olan Səbuhi Əliyevin həyat yoldaşı Lalə Əliyeva onunla bağlı xatirələrini bölüşüb.
O qeyd edib ki, Səbuhi şəhid olduqdan yeddi gün sonra əkiz qızları dünyaya gəlib:
“Həkim müayinəsinə gedəndə necə keçdiyini soruşdu. Dedim, hər şey qaydasındadır. “Birinin adı Nərgiz olsun” deyə yazdı”.
Şəhidin həyat yoldaşının sözlərinə görə, Vətən müharibəsi zamanı da Səbuhinin şəhid xəbəri gəlib:
“Əvvəlcə şəklini paylaşdılar ki, yaralanıb. Sonra dedilər ki, şəhid olub. 15 gün sonra komandiri zəng vurdu ki, Səbuhi sağ-salamatdır”.
L.Əliyeva Səbuhi ilə son söhbətlərindən birindən bəhs edib:
“Gülə-gülə dedi ki, Lalə, bu dəfə ya əlim, ya ayağım olmayacaq. Dedim ki, təki nəfəsin gəlsin”.
Ətraflı süjetdə:
(055) 436-46-45