Oğuzda bir ay əvvəl sirkə turşusu içən kişi xəstəxanada ölüb
Oğuzda bir ay əvvəl sirkə turşusu içən kişi xəstəxanada ölüb.
Rayonun Qumlaq kənd sakini, 1986-cı il təvəllüdlü Hacıyev Rəhman Bəxtiyar oğlu müalicə aldığı Bakıda yerləşən xəstəxanalardan birində vəfat edib.
Xatırladaq ki, 37 yaşlı Rəhman Hacıyev bu il noyabrın 6-da sirkə turşusu içib və xəstəxanaya yerləşdirilib.
Onun sirkə turşusunu ehtiyatsızlıqdan içdiyi bildirilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45