Salyanda iki nəfər dəm qazından boğularaq ölüb

Dostuna göndər xəbərdən agah olsun:

Salyanda iki nəfər dəm qazından boğularaq ölüb.

APA-nın məlumatına görə, hadisə Salyan şəhərində qeydə alınıb. Kirayədə yaşayan 25 və 28 yaşlı iki kişi evdə dəm qazından boğularaq ölüblər.

Bədbəxt hadisə nəticəsində ölənlər – Sabirabad sakini, 1998-ci il təvəllüdlü Davud Qabil oğlu Ələkbərzadə və Neftçala sakini, 1995-ci il təvəllüdlü Urufət Oruc oğlu Ağamməmmədovdur.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45