Kürdəmirə içməli suyun verilişi bərpa olunub

Dostuna göndər xəbərdən agah olsun:

Kürdəmirə içməli suyun verilişi bərpa olunub.

Bu barədə ”Report”un Yuxarı Şirvan bürosuna “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ərazi üzrə sahə rəisi Arzu Şahbazov bildirib.

O, qeyd edib ki, noyabrın 24-də rayonun Topalhəsənli kəndində Külüllü-Kürdəmir magistral su xəttinin 29-cu km-də 500 millimetrlik borunun bir hissəsi partlayıb. Bunun nəticəsində isə Kürdəmir ərazisinə və rayona yaxın 12 kəndə içməli suyun verilməsi dayandırılmışdı. Qəzanın aradan qaldırılması üçün idarənin texnikası və şəxsi heyəti əraziyə cəlb olunub. Görülən işlərlə zədələnmiş boru yenisi ilə əvəzlənib və qısa zamanda təmir bərpa işləri başa çatdırılıb.

Axşam saatlarından etibarən rayon ərazisinə içməli suyun verilişi bərpa olunub.

Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2011-ci ildə dövlət vəsaiti hesabına “Azərsu” ASC tərəfindən inşa olunub və kəmər rayonun 8 222 abonentinə xidmət göstərir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45