DYP: “Qaydaları pozan 58 sürücü barəsində tədbir görülüb” – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istifadəsində olan (050) 800-09-02 “WhatsApp” nömrəsinə bir ay ərzində vətəndaşlarımız tərəfindən dayanma və durma qaydalarını pozan 62 sürücü barəsində fotomateriallar daxil olub, nəticə də 58 sürücü barəsində qanunamüvafiq tədbirlər görülüb. Fotolarda dörd avtomobilin nömrə nişanını müəyyən etmək mümkün olmayıb.

Bu barədə BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O, qeyd edib ki, qayda pozan sürücülərin əksəriyyətinin avtomobillərini səkilərdə və ya avtobus dayanacaqlarında saxladığı müəyyən edilib.

“Sürücülərin bir daha nəzərinə çatdırırıq ki, səkilərdə və müəyyən olunmayan yerlərdə avtomobilləri saxlamaqla piyadaların və digər hərəkət iştirakçılarının hərəkətinə maneə olmasınlar”, – R.Tağıyev əlavə edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45