Azərbaycanın tütün ixracından gəlirləri 2 dəfə azalıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 97 milyon ABŞ dolları dəyərində tütün və onun sənaye əvəzedicilərini idxal edib.
Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 % çoxdur.
10 ay ərzində Azərbaycanın ixrac etdiyi tütün və onun sənaye əvəzedicilərinin dəyəri isə 11,1 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 49,6 % və yaxud təxminən 2 dəfə azdır.
Hesabat dövründə tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,7 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,01 %-ni təşkil edib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45