Mikayıl Cabbarov: “Şərq-Qərb Dəhlizi ilə yük daşımalarında artım var”
“Bu ilin yanvar-sentyabr aylarında Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə çox olub”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında bildirib.
Nazir, həmçinin qeyd edib ki, son bir ildə Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində artım qeydə alınıb:
“O cümlədən, bu artım nəqliyyat-logistika sahəsində, tranzit daşımalarında qeydə alınıb. Bakı-Tbilisi-Qars dəmiryol xətti Çindən Avropaya və əks istiqamətdə yüklərin qısa müddətdə çatdırılmasına imkan yaradır ki, bu da daşımalara təsir göstərir”.
(055) 436-46-45