Dmitri Maryasin: “SPECA ölkələrinin iqlim dəyişikliyi ilə bağlı ümumi mövqeyi yoxdur”

Dostuna göndər xəbərdən agah olsun:

“BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramını (SPECA) əhatə edən ölkələrin iqlim dəyişikliyi ilə bağlı ümumi mövqeyi yoxdur, onlar bu sahədə fəaliyyət göstərə bilmirlər”.

“Report” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri Maryasin bu gün Bakıda keçirilən “SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi” mövzusunda iqtisadi forumda bildirib.

“Forum çərçivəsində biz ticarət və nəqliyyat sahələrində normalar və standartlar haqqında çox eşitdik. Konkret olaraq BMT-nin TİR və CMR konvensiyaları karbon emissiyasının böyük həcmdə azaldılmasına töhfə verir. Lakin SPECA ölkələri də ətraf mühit konvensiyalarına diqqət yetirməli, onun iqtisadi faydalarını nəzərdən keçirməlidirlər”, – deyə o qeyd edib.

Regional əməkdaşlığın önəmini vurğulayan D.Maryasin son illər bu istiqamətdə çox müsbət dəyişikliklərin baş verdiyini diqqətə çatdırıb:

“Transsərhəd iş birliyi, regional bazarlar çox vacibdir. Bu mənada SPECA olaraq növbəti 25 ildə elə bir yeniliklərə imza atmalıyıq ki, bu, bizim gələcək rifahımızı təmin etsin”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45