İsmayıllıda qanunsuz ağac kəsiminə görə obyekt sahibləri məsuliyyətə cəlb olunub
İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qanunsuz ağackəsmə ilə bağlı polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə həmin şəxs müəyyən olunub və hazırda faktla bağlı araşdırma aparılır.
Göyçay Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı isə rayonun Qaraməryəm kəndində, eləcə də şəhər ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar edilib.
Qeyd olunan faktlar üzrə iki obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunublar.
(055) 436-46-45