Oktyabrın 7-dən bəri Qəzzada ən azı 220 tibb işçisi həlak olub
Oktyabrın 7-dən Qəzza zolağında həlak olan səhiyyə işçilərinin sayı 220-yə yüksəlib.
Məlumata görə, anklavda ümumilikdə ən azı 160 tibb müəssisəsi atəşə tutulub, 60 təcili yardım maşını isə sıradan çıxıb. Bildirilir ki, Qəzzada cəmi dörd tibb müəssisəsi fəaliyyətini davam etdirir, lakin onlara kömək göstərilməsə, tezliklə işini bağlamaq məcburiyyətində qalacaqlar.
Qeyd edək ki, bundan əvvəl sektorda həlak olan 200 həkim haqqında məlumat verilib.
Mənbə: TASS
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45