Şirvanda vətəndaşlar qanunsuz saxladıqları ov tüfənglərini polisə təhvil veriblər
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, şəhər sakinləri arasında aparılan profilaktiki tədbirlərin nəticəsində son iki gün ərzində 11 sakin müvafiq sənədləri olmadan saxladıqları ov tüfənglərini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45