Salyanda mikroavtobus yük maşını ilə toqquşub: Xəsarət alanlar var

Dostuna göndər xəbərdən agah olsun:

Salyanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Mikroavtobusun yük maşını ilə toqquşması ilə nəticəsində 11 nəfər xəsarət alıb.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45