Həştərxanda beşmərtəbəli bina uçub
Rusiyanın Həştərxan vilayətində beşmərtəbəli binanın bir hissəsi uçub.
Bu barədə vilayətin qubernatoru İqor Babuşkin bildirib.
O qeyd edib ki, əməliyyat xidmətlərinin nümayəndələri artıq hadisə yerindədirlər.
“Mənim göstərişimlə operativ qərargah yaradılıb”, – İ.Babuşkin deyib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib ki, Həştərxanda uçan binadan 37-si uşaq olmaqla 200-dən çox insan təxliyə edilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45