Gəncədə qanunsuz tikintinin qarşısı alınıb – FOTO/VİDEO
Gəncədə qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə monitorinqlər davam edir.
Gəncə İcra Hakimiyyətindən verilən xəbərə görə, müvafiq icazəverici sənədləri olmadan tikintisi aparılan daha bir neçə yaşayış və qeyri-yaşayış sahəsi aşkarlanaraq qanunamüvafiq tədbir görülüb.
Belə ki, şəhərin “Mahrasa bağı” adlanan ərazisində və Ş.İ.Xətai prospekti 352 ünvanında yerləşən qeyri-yaşayış binasında aparılan tikinti işləri dayandırılıb, Həsrət Əliyev küçəsində yerləşən yataqxana binasının birinci mərtəbəsinə bitişik artırmanın isə söküntüsü təmin edilib.
Qeyd edilib ki, monitorinq Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, DYNX-nın Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin, Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilib.
(055) 436-46-45