İsrail münaqişədən sonra Qəzzanı idarə etmək istəmədiyini bildirib
İsrail münaqişə bitdikdən sonra Qəzza zolağını işğal etmək niyyətində deyil və onun gələcəyini ABŞ ilə müzakirə edir.
Bu barədə İsrailin ABŞ-dəki səfiri Maykl Hersoq bildirib.
“Biz Qəzzanın statusunun uzunmüddətli perspektivdə necə ola biləcəyini çox düşündük və bu mövzuda ABŞ administrasiyası ilə danışıqlara başladıq. Bizim mövqeyimiz ondan ibarətdir ki, fələstinlilər Qəzzanı müstəqil şəkildə idarə etməlidirlər. Fələstin Milli Administrasiyasının (FMA) rolunun konkret nədən ibarət olacağı isə daha sonra bəlli olacaq”, – deyə o bildirib.
Diplomatın sözlərinə görə, FMA indiki formada nə Fələstinin inzibati mərkəzi Ramallahı, nə də Qəzzanı idarə edə bilər, onun islahatlara ehtiyacı var.
Səfir qeyd edib ki, İsrail qoşunları Qəzzaya “onu işğal etmək və ya idarə etmək üçün deyil, anklava Fələstinin radikal HƏMAS hərəkatının döyüşçülərindən azad etmək üçün daxil olub:
“Qəzza 500 km-dən çox tunellə dünyanın ən böyük terror kompleksidir”.
Mənbə: TASS
(055) 436-46-45