Bərdədə “KamAZ” VAZ-la toqquşdu, ölən var – FOTO/VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Bərdədə yük maşını minik maşını ilə toqquşub.

“Unikal”ın məlumatına görə, hadisə rayonun Yenidaşkənd kəndində baş verib.

Belə ki, Bərdə rayon Hacılı kənd sakini, 1986-cı il təvəllüdlü Elməddin Məhəmməd oğlu Məhərrəmov Bərdə rayon Yenidaşkənd kəndi ərazisində idarə etdiyi 09-BB-293 dövlət qeydiyyat nömrə nişanlı VAZ-2106 markalı minik avtomobili ilə hərəkətdə olarkən “KamAZ” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü E.Məhərrəmov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45