Qəzzada yerləşən xəstəxananın yanacaq ehtiyatı tam bitdi
Yanacaq ehtiyatı bitdiyindən Qəzza şəhərində yerləşən Əş-Şifa xəstəxanasında əməliyyat xidmətləri göstərilməyəcək.
Bu açıqlama ilə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi çıxış edib.
O, həmçinin əlavə edib ki, hazırda Əş-Şifa xəstəxanasında kuvez-inkubatorda 45 körpə saxlanılır.
“Lakin onlardan biri tibb mərkəzinin fəaliyyətində yaranan problemə görə həyatını itirib”, – deyə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi qeyd edib.
Mənbə: Reuters
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45