Prezident: İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək istəyənlər öz məqsədlərinə çatmayacaqlar
Əvvəlki illərdə də biz regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin də şahidi olmuşuq.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə Daşkənddə görüşü zamanı deyib.
Bu cəhdlərin nəticəsiz qaldığını vurğulayan dövlət başçısı bildirib: “Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcəklər”.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45