Cəlilabadda torpaq üstündə kütləvi dava olub, xəsarət alanlar var

Dostuna göndər xəbərdən agah olsun:

Cəlilabad rayonunda torpaq mübahisəsi ilə bağlı dörd nəfər döyülüb.

“Report”un məlumatına görə, hadisə rayonun Abışabad kəndində qeydə alınıb.

Belə ki, iki ailənin üzvləri arasında torpaq üstündə yaranan mübahisə daha sonra tərəflər arasında baş verən davaya çevrilib. Nəticədə rayon sakinləri, 1975-ci il təvəllüdlü Ərəstun İbrahimov, 1971-ci il təvəllüdlü Fikrət İbrahimov, 2001-ci il təvəllüdlü İsmət İbrahimov, 1998-ci il təvəllüdlü Məlik Qarayev müxtəlif bədən xəsarətləri alıblar. Onlar rayon xəstəxanasına aparılıblar.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin faktla bağlı hazırda Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır. Təyin olunmuş ekspertizaların rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45