Mikrobların ofisdə ən çox olduğu yerlər
Bütün günü sıx bir ofisdə keçirmək sağlamlıq cəhətdən bir çox məqama diqqət etməsini gərəkdirir. Xüsusilə bəzi sahələr mikroblar üçün çox əlverişlidir. Kiçik ehtiyat tədbirləri ilə ofis həyatını daha gigiyenik etmək mümkündür!
ABŞ-da aparılan bir araşdırmaya görə, ofislər ən çox mikroorqanizmlərin tapıldığı yerlərdir. Məsələn, şəhər telefonunda 25 mindən çox növ bakteriya və göbələk var. Masa səthləri normal olaraq çirkli hesab etdiyiniz tualetlərdən 7 qat daha çirklidir. Qələmlər, zımbalar və buna bənzər ofis ləvazimatları çirkli əşyalarımızdan da daha çox mikrobludur. Masanızı ofisdəki digər işçilərlə bölüşsəniz, çirklənmə artır. Digər bir araşdırmaya görə, klaviatura və mausların hər kvadrat santimetrində 1500-3000 mikroorqanizm var. Klaviatura yalnız sizə aiddirsə, bu problem deyil.
Ehtiyat tədbirləri görmək üçün səhər masanızı və telefonunuzu, klaviatura, digər ofis əşyalarını antibakterial salfetlə silmək əhəmiyyətli dərəcədə fərq yaradır. Yeməklərinizi iş masasında yeməməyə çalışın. Yemək yeyirsinizsə, masanı qəşəng silin. Qida qalıqları mikroorqanizmlərin böyüməsini sürətləndirir.
Soyuducular
Tədqiqatlara görə, demək olar ki, bütün ofislərdə ümumi soyuducular sözün həqiqi mənasında bakteriya yuvasıdır. Qapıları daim açılıb, bağlanan soyuducularda içəridəki hava yeməklərin xarab olmadan qala bilmələri üçün kiyafət etmir. Çox yaxşı təmizlənmirlər, tərkibində çox qida qalığı var. Bu ofis soyuducularını bir gigiyena cəhətdən çirkə çevirir. Soyuducuda uzun müddətli qalan qidaları yeməyin.
Fincan və stəkanlar
Ofislər nə qədər təmiz görünsələr də, çox adam birliydə işlədiyi üçün gigiyena baxımından nəzərə alınacaq yerlər arasındadır. Aparılan araşdırmalarda ofislərdə stol, klaviatura, maus, soyuducu, qızdırıcı kimi əşyalar gigiyena baxımından olduqca problemlidir. Təmiz hesab etdiyimiz bir çox yer hətta tualetdən çirkli ola bilər.
Qapı tutacaqları
Hər kəsin toxunması lazım olan qapı tutacaqları mikrobların ən sıx məskunlaşdığı yerlərdəndir. Qrip və bir çox digər xəstəliklərin qapı tutacaqlarından keçə biləcəyi elmi olaraq sübut edilmişdir. Tədqiqatlar göstərir ki, xeyli sayda insanın əl yuma vərdişi yoxdur və onların demək olar ki, yarısı tualetdən sonra da əllərini yuymur. Bunu nəzərə alaraq, hər şey daha dəhşətli olur.
(055) 436-46-45